Maraqlı

Mikroblar - planetin yeni xilaskarı rolunda

6 Fevral 2022 14:52
0 Şərh     Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fermerlər planeti xilas etməyin yeni yolunu tapıblar. Texnologiya şirkətləri canlı mikroblarla gübrə hazırlamaq üçün investorlardan 777 milyon dollar (1,320 milyard manat) alıb. İri şirkətlər ekoloji cəhətdən zərərli məhsulların aradan qaldırılması üçün bakterial gübrələrə sərmayə qoyublar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bitkiləri həşərat və xəstəliklərdən qorumaq üçün onillərdir ki, mikroblar, o cümlədən göbələklər və viruslar istifadə edilir. Bununla belə, son vaxtlar qlobal istiləşmə təhlükəsinin artması səbəbindən tərtibatçılar onları ekoloji cəhətdən təmiz gübrə kimi fəal şəkildə istifadə etməyə başlayıblar. Bu məhsulun məhsuldarlığına zərər vermədən sintetik analoqlara - məsələn, azot gübrələrinə ehtiyacı azaldacaq.

Bakterial gübrə fermerləri suyu çirkləndirən və atmosferə zərərli maddələrin atılmasına səbəb olan azotdan istifadədən qismən azad edəcək.

Eyni zamanda, bakterial gübrələrin effektivliyi hələ sübut olunmayıb, şirkətlər isə bu barədə tərtibatçılardan məlumat tələb etmirlər.  Ekspertlər hesab edirlər ki, ekoloji alternativlər məhsuldarlığa mənfi təsir edərsə, bu, bütün sənayeyə zərər verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.