Maraqlı

Dünyanın ən dəyərli markaları - REYTİNQ

30 Yanvar 2022 19:05
0 Şərh     Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Brand Finance'' hər il dərc etdiyi Global 500 2022 hesabatını dərc edib və dünyanın ən qiymətli brendlərini açıqlayıb. Zirvədə yenidən ''Apple'' yer alıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, hər il dünyanın ən dəyərli şirkətlərinin açıqlandığı Global 500 2022 hesabatı dərc edilib. Hesabatda 2021-ci ilin dünyada ən yüksək brend dəyərinə malik, ən güclü və açıqlanıb.

"Brand Finance'' Global 500 2022 hesabatına görə, marka dəyərinə görə dünyanın ən qiymətli markası 2021-ci ildə də böyük yüksəliş yaşayan ''Apple'' olub. ''Apple'' 2021-ci ildə dəyərini 355,1 milyard dollara yüksəldib. ''Apple''dan sonra gələn marka 350,3 milyard dollar marka dəyəri ilə ''Amazon'', üçüncü yeri isə 263,4 milyard dollar marka dəyəri ilə ''Google'' tutub.

Dünyanın ən dəyərli 10 brendi - 2022

''Apple'' - 355,1 milyard dollar
''Amazon'' - 350,3 milyard dollar
''Google'' - 263,4 milyard dollar
''Microsoft'' - 184,2 milyard dollar
''Walmart'' - 111,9 milyard dollar
''Samsung'' - 107,3 ​​milyard dollar
''Facebook'' - 101,2 milyard dollar
''ICBC'' - 75,1 milyard dollar
''HUAWEI'' - 71,2 milyard dollar
''Verizon'' - 69,6 milyard dollar

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.