Maraqlı

"Meta"dan süni intellektlə idarə olunan kompüter

29 Yanvar 2022 23:35
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Superkompüterlərdə söz sahibi olmaq istəyən şirkətlər arasında yer alan "Meta", "AI Research SuperCluster" adlı yeni superkompüterini təqdim edib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, "Meta" (keçmiş Facebook) tərəfindən təqdim edilən "AI Research SuperCluster" superkompüterinin dünyanın 10 ən sürətli superkompüterindən biri olacağı gözlənilir.

"Meta" tərəfindən təqdim edilən məlumata görə, "AI Research SuperCluster" (RSC) şirkətə yeni və daha yaxşı süni intellekt modelləri yaratmağa, yüzlərlə fərqli dildə işləməyə, yeni artırılmış reallıq alətlərini inkişaf etdirməyə kömək edəcək.

"AI Research SuperCluster" superkompüterinin məqsədi yeni nəsil süni intellektin inkişaf etdirilməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.