Kosmosda film studiyası olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiya inşa etməyi planlaşdırır. Planlaşdırılan kosmik stansiyada film çəkilişlərinin, televiziya üzrə canlı yayımların və idman hadisələri ilə mahnı yayımlarının reallaşdırılması nəzərdə tutulub. Bu məqsədlər üçün nəzərdə tutulmuş kosmik stansiyanın SEE-1 adını əldə edəcəyi güman edilir. Kosmik stansiya aşağı orbitdə və çəkisizlik şəraitində kontent yaratmaq istəyən bütün rəssamlar, prodüsserlər və kreativ insanlar üçün açıq olacaq.
Kosmik stansiya modulunun hazırlanması prosesinə Axiom Space adlı şirkət cəlb ediləcək. Qeyd etmək lazımdır ki, sözügedən şirkət BKS (Beynəlxalq Kosmik Stansiya) üçün kommersiya məqsədli komponentlərin hazırlanması üzrə bu ay NASA-dan icazə alıb. SEE-1 kosmik stansiyası Axiom Space şirkətinin Axiom Station adlı kommeriya məqsədli şöbəsi ilə əlaqəli olacaq. Sözügedən şöbə həmçinin kommersiya məqsədli digər müəssisələri də özündə birləşdirəcək. Bura həmçinin kosmik turizm sahəsi də daxil olacaq.
"Axiom Station dünyanın ilk kommersiya məqsədli kosmik stansiyası olacaq. Baza infrastrukturu kimi yaradılacaq bu kosmik stansiya Yer kürəsinin orbitində müxtəlif iqtisadi xidmətləri təklif edəcək. Axiom Station-un kommersiya məqsədli imkanlarına SEE-1 kimi xüsusi əyləncə faktorlarının daxil edilməsi öz növbəsində stansiyanın faydalı imkanlarını genişləndirəcək" - deyə şirkətin CEO-su və prezidenti Michael Suffredini bildirib. Space Entertainment Enterprise şirkətinin həmtəsisçiləri olan Dmitry Lesnevsky və Elena Lesnevsky sözügedən innovasiyalı infrastrukturun maliyyələşdirilməsi üçün vəsait toplama prosesinə start verməyi planlaşdırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi





