Maraqlı

Məşhur müğənnidən gözlənilməz hərəkət - FOTO

19 Yanvar 2022 13:48
0 Şərh     Baxış: 1 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir ildir sevgili olan türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç bir müddət əvvəl münasibətlərinə son qoyub. Dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük yaxınlarına "Bu dəfə dəqiq bitdi, geriyə dönüş yoxdur" deyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Oğuzhan Qoç ötən gecə İstanbulun Sarıyer bölgəsində bir məkanda olub. Qapıda jurnalistlərin olduğunu öyrənən müğənni filmlərdə olduğu kimi qaçış planı qurub.

O, Demet Özdemirlə münasibəti ilə bağlı sualları cavablandırmamaq üçün avtomobilini həmin məkanın dayanacağına tam yaxınlaşdırıb və foto çəkilməsin deyə dayanacaq girişinin işıqlarının söndürülməsini istəyib.

Bu zaman avtomobilin arxa hissəsi binaya çırpılıb. Oğuzhan Koç və dostu Çağrı Telkıvıran sürətlə maşınlarına minərək uzaqlaşıblar.

Oğuzhan Koçun evlənməkdən imtina etməsi Demet Özdemirlə münasibətlərin bitməsinə səbəb kimi göstərilir.

Cütlük sosial şəbəkələrdəki birgə fotolarını silməklə ayrılıq iddialarını təsdiqləyiblər.

Aktrisa sosial şəbəkədə Oğuzhan Koçu izləmədən çıxarıb. Maraqlıdır ki, məşhur müğənni hələ də "Instagram"da keçmiş sevgisini izləməyə davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.