Narkomaniyanın ilkin müalicəsi detoks proqramı əsasında aparılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Narkotik vasitələr sağlamlıq üçün təhlükə yaradan narkotik xassəli bitkilər, xammallar, təbii və ya süni maddələrdən ibarətdir. Araşdırmalara əsasən, dünyada narkotik maddə istifadəçilərinin sayı getdikcə artır. Ona görə də narkomaniya ilə mübarizə dövrün prioritet mövzularından birinə çevrilib. Narkotik maddə istifadəsinə meyillilikdə şəxsiyyət xüsusiyyətləri ciddi rol oynayır. Ona görə də gənclər psixoloji olaraq möhkəm və iradəli olmaqla özlərini narkomaniya bəlasından xilas edə bilərlər. Ümumiyyətlə narkotiklərdən qorunmağın ən asan yolu belə psixotrop maddələrdən heç vaxt istifadə etməməkdir. Həmçinin narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərinin aparılması da önəmlidir. Nəzərə almaq lazımdır ki, bir sıra hallarda gənclər və yeniyetmələr bu bəla ilə bilməyərəkdən üzləşirlər. Belə olan halda, həkimə dərhal müraciət edərək müalicəyə başlamaq tövsiyə olunur. Narkomanlıq digər vərdişlərlə müqayisədə daha təhlükəlidir. Cəmiyyətin "sosial bəla"sı hesab edilən narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların sosial-iqtisadi vəziyyətinə də ciddi təhlükə yaradır.
Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova narkotik maddələrdən istifadənin ziyanları və müalicəsi barədə danışıb.
Həkim-mütəxəssis bildirib ki, narkotik maddələrin istifadəsi ilkin olaraq mərkəzi sinir sisteminə mənfi təsir göstərir:
"Belə psixoaktiv maddələrin mərkəzi sinir sisteminə təsiri nəticəsində dopamin və digər reseptorlar tormozlanır. Hər dəfə psixoaktiv maddə qəbul edən istifadəçinin reseptorları daha çox tormozlanmağa məruz qalır. Ona görə də istifadəçinin əhvali-ruhiyyəsində dəyişiklik yaranır. Əhval dəyişdikcə isə aqressiya artır və xəstədə şəxsiyyətin dəyişkənliyi müşahidə edilir. Daha sonra xəstə narkotik maddə qəbul etmədikdə orqanizmində dopamin çatışmadığı üçün daha da aqressivləşir. Çünki həmin vaxta qədər qəbul edilmiş narkotik maddələr reseptorları artıq tormozlamış olur. Həm sintetik, həm də qeyri-sintetik psixotrop maddələr orqanizmdə qısa müddətdə asılılıq yaradır. Narkotik maddələr orqanizmdə yan təsirlərə səbəb olur, daxili orqanlarda fəsadlar törədir. Bu proses sintetik narkotik vasitə istifadəçilərində daha sürətlə baş verir. Müalicə zamanı isə xəstənin sintetik, yoxsa qeyri-sintetik maddə istifadəçisi olması fərq yaratmır. Müalicə xəstənin narkotik maddələrdən istifadə müddətinə, yəni xəstəliyin mərhələsinə əsasən aparılır. Düzgün müalicə nəticəsində narkotik maddələrdən asılılıq aradan qaldırılır, lakin istənilən halda, xəstənin özündən çox şey asılıdır. Psixoloji vəziyyətini nəzarətdə saxlayanlar, xəstəlikdən, doğrudan da, xilas olmaq istəyənlər daha tez sağalırlar".
F.Baxışovanın dediyinə görə, xəstəliyin ilkin müalicəsi detoks proqramı əsasında aparılır:
"Detoks dərman preparatları vasitəsilə orqanizmdə ağrı və narahatlıq olmadan, digər psixoloji problemlərin yaranmasının qarşısının alınması məqsədilə aparılan müalicədir. Detoksdan sonra isə xəstələrin reabilitasiya dövrü başlanır. Bu dövrdə xəstə ilə narkoloq, psixoterapevt, psixoloq və sosioloq komanda şəklində birgə iş aparır. Narkotik vasitələrdən istifadə ilə bağlı erkən dövrdə müraciət edən xəstələrin müalicəsi ilə 5 il və daha uzun müddət istifadə edənlərin müalicəsi fərqlənir. 6-12 ay ərzində narkotik maddə istifadə edənlərin reabilitasiyası daha tez baş verir. Yəni, detoks proqramını bitirməklə müalicə kursu yekunlaşmır. Detoksdan sonra başladılan reabilitasiya mərhələsində xəstədə baş vermiş psixi dəyişikliklər addım-addım tənzimlənir. Ümumiyyətlə narkomaniyanın geniş vüsət almasına mane olmaq üçün təbliğat işi aparılmalıdır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində narkomaniyanın təhlükəli olduğu barədə ictimai rəy yaratmaq və gəncləri narkotik maddə istifadəsindən müəyyən qədər də olsa xilas etmək mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





