Maraqlı

Matçda himn əvəzinə səhvən mahnı səsləndirdilər - VİDEO

13 Yanvar 2022 19:18
0 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə builki Afrika Millətlər Kuboku deyəsən daha çox kuryoz hadisələrilə yadda qalacaq.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, növbəti belə insident Mavritaniya və Qambiya yığmaları arasında F qrupunun I tur oyunundan öncə baş verib. Belə ki, təşkilatçılar kobud səhvə yol verərək, Mavritaniya dövlət himninin əvəzinə başqa musiqi səsləndiriblər.

Lazımi melodiyanı tapmaq üçün bir neçə dəfə cəhd edilsə də, hamısı uğursuz olub. Nəticədə futbolçular himni musiqi müşayiəti olmadan ifa ediblər.

Qeyd edək ki, Tunis və Mali milli komandaları arasında F qrupunun ilk oyununda da insident yaşanıb. Baş hakim görüşü iki dəfə vaxtından əvvəl bitirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.