Maraqlı

Mətbəxdə ən TƏHLÜKƏLİ ƏŞYA

6 Yanvar 2022 08:05
0 Şərh     Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, mətbəx dəsmalları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Alimlər sübut edir ki, vaxtında dəyişilməyən mətbəx dəsmallarının üzərinə müxtəlif təhlükəli mikroblar unitazda olduğundan daha çoxdur. Mətbəx dəsmalları nəm olur və bu da mikrobların  çoxalmasına ideal şərait yaradır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər mətbəx dəsmallarının üzərində bağırsaq çöpü, salmonella, hətta çox təhlükəli, antibiotiklərə davamlı olan qızılı stafilokokk aşkar ediblər.

Bu mikroblar uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda çox ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Hətta sağlam və cavan insanlar üçün də bu mikroblar təhlükə yaradır. İnsanın əllərində çatlar, sıyrıntılar, yaralar olduqda təhlükə daha da artır.   

Bütün bunları nəzərə alaraq alimlər mətbəx dəsmallarını bir gündən bir dəyişməyi, paltaryuyan maşınında yüksək temperaturda yumağı və bu zaman oksigen ağardığıcı ilə olan camaşır tozlarından istifadə etməyi tövsiyə edir. Yuyulmadan sonra dəsmallar mütləq açıq havada qurumalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.