Maraqlı

Dietoloq ən zərərli qurudulmuş meyvələrdən danışdı - FOTO

26 Dekabr 2021 11:30
0 Şərh     Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurudulmuş meyvələri seçərkən onların görünüşünə diqqət yetirmək son dərəcə vacibdir, çünki bu, məhsulun gizli zərəri barədə xəbərdarlıq edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.

"Qurudulmuş meyvələrin görünüşü sizə onun necə emal edildiyini dəqiq söyləməlidir. Parlaq və çox yumşaqdırsa, çox güman ki, yağ və ya qliserindən istifadə edilmişdir. Məsələn, şəkər siropunda dəmləmə xurmaya parlaqlıq verir", - deyə Pançenko bildirib.

O, qurudulmuş meyvələrin çoxunun daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksidi ilə emal olunduğunu da vurğulayıb.

"Qurudulmuş meyvələri parıltısız, ən adi formada, qabığı çatlamadığı, normal qoxulu, çəyirdəyi ilə, qoz-fındığı isə qabığında alın", - deyə diyetoloq əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.