Maraqlı

Hamiləliyin müxtəlif dövrlərində koronavirusa yoluxmanın təhlükələri açıqlandı

21 Dekabr 2021 11:42
0 Şərh     Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hamilə qadınların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Belə olduğu halda, COVID-19 doğuşdan sonra qanaxmaya, vaxtından əvvəl doğuşa və ya uşaqsalmaya səbəb ola bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı reproduktoloq İrina Menşikova xəbərdarlıq edib.

Onun sözlərinə görə, birinci və ikinci trimestrdə hamilə qadının uşaqsalma ehtimalı daha yüksəkdir. Bundan əlavə, üçüncü trimestrdə vaxtından əvvəl doğuş halları və yüksək qan təzyiqi ilə xarakterizə olunan preeklampsiyanın inkişaf riski artır.

Menşikova izah edib ki, belə ağır fəsadlar hamilə qadının qanının qatılaşması ilə bağlıdır. Həmçinin eyni şey COVID-19 keçirən hər kəsdə olur. Birlikdə bu iki proses intensivləşir və xəstəliyin gedişi daha da mürəkkəbləşir.

Sağlamlıqlarını qorumaq üçün Menşikova qadınlara planlaşdırılan hamiləlikdən bir ay əvvəl və ya hamiləlikdən 22 həftədən (döl praktiki olaraq formalaşandan) sonra koronavirusa qarşı vaksinasiya tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.