Maraqlı

Melaniya Tramp gözlərinin görüntüsünü satır - FOTO

18 Dekabr 2021 08:52
2 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donald Trampın həyat yoldaşı Melaniya Tramp məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə keçmiş birinci xanım Ağ Evi tərk etdikdən sonrakı ilk təşəbbüsünü açıqlayarkən deyib.

Onun "Melania's Vision" (Melaniyanın Görünüşü) adlanan ilk NFT-si fransız moda rəssamı Mark Antoine Koulon tərəfindən mavi gözlərinin sulu boya ilə çəkilmiş formatıdır. Görüntü Melaniya Trampın səs yazısı ilə müşayiət olunur.

NFT-nin ilin sonuna qədər hazır olacağı bildirilib. Həmçinin satışın bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara kömək üçün istifadə olunacağı açıqlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.