Donald Trampın həyat yoldaşı Melaniya Tramp məşhur tünd mavi gözlərini NFT formatına çevirərək satışa çıxarmağa hazırlaşır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə keçmiş birinci xanım Ağ Evi tərk etdikdən sonrakı ilk təşəbbüsünü açıqlayarkən deyib.
Onun "Melania's Vision" (Melaniyanın Görünüşü) adlanan ilk NFT-si fransız moda rəssamı Mark Antoine Koulon tərəfindən mavi gözlərinin sulu boya ilə çəkilmiş formatıdır. Görüntü Melaniya Trampın səs yazısı ilə müşayiət olunur.
NFT-nin ilin sonuna qədər hazır olacağı bildirilib. Həmçinin satışın bir hissəsi himayədar ailələrdə böyüyən uşaqlara kömək üçün istifadə olunacağı açıqlanıb.
Milli.Az