Maraqlı

Qaraciyəri qoruyan SADƏ VASİTƏ

1 Yanvar 2022 19:45
0 Şərh     Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan insanların 1/3 hissəsi müxtəlif qaraciyər xəstəliklərindən əziyyət çəkir.

Bu xəstəliklərin əsas səbəbləri arasında infeksion xəstəliklər, spirtli içkilərdən sui-istifadə, dərman intoksikasiyaları, düzgün olmayan qidalanma və s.

Alimlərin fikrinə görə, qaraciyəri qorumağın ən yaxşı və təhlükəsiz üsulu qidalanmaya hepaprotektor (qaraciyərin hüceyrələrini bərpa edən) məhsulların tez-tez daxil edilməsidir.

"Zdorovye" jurnalının məlumatına görə, son 5 il ərzində aparılmış çoxsaylı elmi araşdırmalar göstərib ki, belə məhsullardan biri qəhvədir. Qəhvənin istehlakı qaraciyəri pozulmalardan qoruyur, onun fəaliyyətinə müsbət təsir edir.

Kataniya Universiteti (İtaliya) alimlərinin son araşdırması qaraciyərin sirrozu və fibrozu zamanı qəhvənin qoruyucu təsirinə həsr olunub. Həmçinin qəhvə qaraciyəri piylənmədən və qaraciyər xərçəngindən də qoruyur.

Alimlər qəhvənin qoruyucu təsirini onun tərkibində olan kofein və xlorogen turşularla izah edir. Bu maddələr qaraciyərdə iltihabı azaldır, fibro və kanserogenez proseslərini ləngidir.

Nəzərə almaq lazımdır ki, burada söhbət yalnız təbii qəhvədən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.