Hadisə

İki maşın toqquşdu, beş yaralı - FOTO

22 Oktyabr 2021 21:10
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşmasına VAZ 2107-in qəfildən VAZ 21010-un yoluna çıxması səbəb olub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.