Hadisə

Ağaca görə qardaşını öldürəndən etiraf: Üzr istəyirəm, kaş özüm ölərdim - VİDEO

13 Oktyabr 2021 03:03
0 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qardaşı Hüseyn Baranı icazəsiz saxladığı tüfənglə öldürən Mustafa Baran barəsində həbs qətimkan tədbiri çıxarılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qardaşlar arasında zeytun ağaclarının kəsilməsi səbəbindən başlayan mübahisə qanlı sonluqla bitib. Məhkəmədə Baran "peşmanam, kaş ki ölməzdi" deyərək sərbəst buraxılmasını və bəraət verilməsini tələb edib. 5 qardaş olan Baranlar 15 hektar ərazidə zeytun ağacı əkiblər. Zeytun ağaclarının kəsilməsi səbəbiylə əarziyə gələn Hüseyin Baran və qardaşı Mustafa Baran arasında mübahisə düşüb. Bu vaxt avtomobildən sənədsiz tüfəngini götürən Mustafa Baran qardaşına atəş açıb.

Hüseyn Baran qan içində yerə yıxılarkən Mustafa Baran avtomobilinə minərək qaçıb. Prokuror qətlin haqsız təxribatla törədildiyini bildirərək təqsirləndirilən Mustafa Baranın 18 ildən 24 ilədək cəzalandırılmasını istəyib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.