Hadisə

Ağcabədi sakini özünü güllələyib

9 Sentyabr 2021 13:21
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Milli.Az bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən "İS" markalı ov tüfəngi götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.