Hadisə

Mühafizəçi dəmir yolundan oğurluq etdi - FOTOlar

16 Avqust 2021 14:42
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Elçin Cəfərov, Ağasi Ağasiyev və Asim Şükürullayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib.

Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.