Hadisə

Əmisi oğlunu öldürdü - Ağdamda qətl

19 İyul 2021 10:44
Baxış: 698

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.