Hadisə

Təyyarə qəzasında ölənlərin sayı 50-ə çatdı: Özünü göydən atanlar da var

5 İyul 2021 20:06
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippinin cənubundakı Sulu əyalətinə eniş zamanı hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50-ə çatıb. 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, qəzadan 49 nəfərin xilas olduğu və 47 nəfəri hərbi qulluqçu olan 50 nəfərin həyatını itirdiyi bildirilib.  Təyyarənin düşdüyü kənddə 3 sakin də həlak olub. 

Hadisə dünən yerli vaxtla 11:30 radələrində baş verib. 3 pilot, 5 heyət üzvü və 88 hərbi personal və ümumilikdə 96 nəfərlik C-130 tipli hərbi təyyarə, Sulu vilayətindəki Jolo adasına enməyə çalışarkən, eyni bölgədəki Patikul qəsəbəsinin Bangal kəndində yerə çırpılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.