Hadisə

Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edildi

24 İyun 2021 18:06
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.