Hadisə

Binəqədidə 36 yaşlı kişi qətlə yetirildi

21 İyun 2021 10:12
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.