Hadisə

Oğuzda "Opel" aşdı, xəsarət alan var - FOTO

18 İyun 2021 20:12
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 12:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonundan keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəki sakini Muradov İlqar Oktay oğlu "Opel Astra" markalı, 55 BN 253 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirib. Avtomobil yolun kənarına çıxaraq aşıb. Nəticədə onun sərnişini, 1988-ci il təvəllüdlü Şəki sakini Tanrıverdiyev Anar Telman oğlu xəsarət alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.