Bakıda 22 yaşlı qız kafedə "şpaqat" açan oğlanı bıçaqladı - Gecə saat 4-ə qədər... - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin fevral ayının 16-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən "New York" kafesində İlkin Məmmədovun (şərti) bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı gənc oğlanın kafeni işlədən qadının 22 yaşlı qızı Elnarə Əliyeva tərəfindən bıçaqlanması müəyyən edilib və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Sabirabad rayonunun Qalaqayın kəndindən olan ana və qızı Xırdalanda kirayə yaşayır. Qadın şəhərin mərkəzində kafe icarəyə götürərək işlətməyə başlayıb. Qızı isə bəzi günlərdə sadə işlərdə anasına kömək etməyə gəlirmiş. Onlardan başqa kafedə digər xanım ofisiant da işləyib.
Hadisəyə gəlincə fevralın 16-da kafedə 2 dostu ilə yeyib-içən İlkin təxminən 4 saata yaxın kafedə olub. O, bir neçə dəfə sərxoş vəziyyətdə kafedə səsləndirilən mahnılara durub oynayıb, hətta kafenin ortasında "şpaqat" açıb. Bir qədər sonra o, kafenin xanım icarədarı ilə qızına yaxınlaşaraq maqnitafonda "Qobustan qayaları" mahnısını səsləndirmələrini tələb edib. Bu zaman o, Elnarənin anasına yaxınlaşaraq öpüb. Qız isə telefonunun enerjisinin azaldığını ona görə sərxoş müştəriyə tələb etdiyi mahnını səsləndirmə bilməyəcəklərini deyib.
İlkin isə tələbində israr edib və ana ilə qızının yemək yediyi masayı təpik vuraraq aşırıb. O, digər masaları da dağıtmağa, bütün qab-qacağı yerə tökməyə başlayıb. Mətbəxə qaçan Elnarə özü ilə bıçaq gətirib və İlkinin obyekti tərk etməsini tələb edib. Qorxu içində olan qız ona yaxınlaşan İlkini uzaqlaşdırmağa çalışıb və bıçaq onun qarın nahiyəsinə tuş gəlib.
Daha sonra İlkin kafeni tərk edib, qohumları onu təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıb.
Məhkəmədə zərərçəkmiş şəxs onu bıçaqlayan gənc qızdan şikayətçi olmadığını, heç bir tələbinin olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Elnarənin 3 il müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasının şərti hesab edilməsinə və 1 il sınaq müddəti təyin edilməsinə qərar verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Bakıda eskalatorlar və bəzi liftlər yenilənəcək
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib - (Foto)
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək





