Hadisə

Mingəçevirdə partlayış olub, komaya düşən var

2 May 2021 16:16
Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bir qədər əvvəl baş verib.

Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb.

Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və həkim briqadasına təhvil verib.

Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yanğın və digər təhlükələrin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.