Hadisə

"Biz sizi öldürməyə gəlmişik və öldürəcəyik" deyən ermənilər barəsində 15 il həbs cəzası

29 Aprel 2021 11:05
Baxış: 1 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Ancelesdə ötən ilin sonunda türklərə məxsus restoranı dağıtdıqları üçün həbs olunan radikal erməni gənclərini 15 il həbs cəzası gözləyir.

Milli.Az xəbər verir ki, Qarabağda müharibə zamanı törədilən insidentdə saxlanılan 23 yaşlılar Uilyam Stepanyan və Harri Çalikyana altı maddə üzrə cinayət işi qaldırlıb. Bu şəxslər 2020-ci ilin noyabrın 4-də telefonla bir-birilərinə "türklərə qarşı Los-Ancelesdə ova çıxaq" mesajları göndəriblər.

Türklərə məxsus restorana girərək "biz sizi öldürməyə gəlmişik və öldürəcəyik" qışqırmağa başlayıblar. Ardınca obyekti dağıdıblar. Restorana 200 min dollar ziyan vurublar. İttiham tərəfi hər iki şəxsi nifrət maddəsi ilə 15 il həbs olunmasını tələb edir. Bu hadisə ilə bağlı o zaman Azərbaycan XİN də bəyanat vermiş və insidenti sərt şəkildə pisləmişdi.

Kamran
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.