Ameriralı reper Lil Mosey (əsl adı Leytan İkols) barəsində zorlama ittihamı irəli sürülüb.
Milli.Az TMZ nəşrinə istinadən xəbər verir ki, reper zorlanma ittihamı ilə bağlı məhkəməyə gəlmədiyindən barəsində axtarış elan olunub.
19 yaşlı reperi ikinci dərəcəli zorlamada ittiham ediblər. Reperin qurbanı bildirib ki, rəfiqəsi ilə artistin bağ evinə gedib və orada reper və tanımadığı bir nəfər tərəfindən zorakılığa məruz qalıb. Qız bildirib ki, reperlə seksə razı olub. Lakin alkoqol qəbulundan sonra özündə olmayıb. Ayılanda isə reperin onu zorladığını görüb.
Lil Mosey Noticed kompozisiyası ilə məşhurdur. Bu mahnıya çəkilən klip youtube-də 245 mln. baxış toplayıb.
Kamran
Milli.Az