Hadisə

Gəncədə restoran yanıb - FOTO

10 Aprel 2021 17:45
Baxış: 457

Gəncədə restoranda yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən "Yaşıl park" ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.