Sosial şəbəkədəki mübahisəyə görə tanışını öldürən şəxsdən YENİ XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20 dekabr 2020-ci il tarixdə Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
İsmayıllı rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Məsimli Səxavət Sübhan oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
-
Çölü xırçıltılı, içi yumşaq: Pendirli qarğıdalı çörəyi resepti
-
Rövlan Muradov "Araz-Naxçıvan"da
-
Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir (Foto/Video)
-
Madibo rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
-
Baş nazir Əli Əsədov mühüm qərar imzaladı
-
Diplomatik xidmətə qəbul imtahanının nəticələri 3 həftəyə açıqlanacaq
-
Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi
-
“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye
-
Həftəsonu Azərbaycanda hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
-
Poroşenko barədə cinayət işi açıldığı iddia olunur
-
“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
-
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
-
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
-
Aşura Günü keçirilən qanvermə aksiyasında 1269 litr qan toplandı - Yenilənib
-
Bakıda "Range Rover" qəza etdi: Yaralılar var
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı





