Göygöl rayonunda yol kənarında yaşlı kişi meyiti tapılıb.
Milli.Az bildirir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Meyitin 1936-cı il təvəllüdlü Gəncə sakini Qurbanov Sabir Cəlil oğluna məxsus olduğu müəyyən edilib. Martın 19-dan etibarən həmin şəxs itkin düşdüyü bildirilir.
Araşdırma aparılır.
Milli.Az