Hadisə

Ağstafada 5 nəfər dəm qazından zəhərlənib

21 Mart 2021 09:29
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib. Dəm qazından zəhərlənənlərin adları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.