Hadisə

Bakıda ayaqqabı sexi və ərzaq mağazası yanıb

12 Mart 2021 10:14
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 kv.m olan ayaqqabı istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki mallar 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 40 kv.m olan ərzaq mağazasının lambirindən ibarət tavanı və içərisindəki mallar, 1 ədəd kondisioner, 1 ədəd soyuducu qismən yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.