Hadisə

Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

5 Mart 2021 22:22
Baxış: 384

Qax rayonunun Cəlayir kəndində ümumi sahəsi 886 m² olan tikilinin (bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi qeyri-yaşayış) yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə, digər hissəsinin dam örtüyü 144 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.