Polis əməliyyat keçirdi, 22 kiloqramdan artıq narkotik aşkarlandı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, qurumun Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb. Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Füzuli Sultanovun Abşeron rayonundakı evinə baxış zamanı oradan 9 kiloqram heroin, 1 kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1900 ədəd psixotrop tərkibli "Metadon 40" həbi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Rüstəmov saxlanılıb. Onun üzərinə baxış zamanı 20 qrama yaxın, paytaxtın Xətai rayonunda yaşadığı mənzildən isə əlavə 7 kiloqram 444 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Vüsal Rüstəmov aşkar olunmuş narkotik vasitəni Ağdam rayonunda ona məxsus torpaq sahəsində xüsusi qulluq edərək əkib yetişdirib. Daha sonra qurudaraq satışını həyata keçirmək istəyib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri isə Salyan rayonunda həyata keçirilib. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı vətəndaş Anar Yaqubov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobilə baxış zamanı Anar Yaqubova məxsus 3 kiloqram 290 qram narkotik vasitə heroin, 170 qram tiryək və 120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.
Beləliklə polis əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Antalyada dəhşətli qəza - (Video)
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





