Hadisə

Arif Hacılı və digər 10 nəfər cərimələndi - DİN - FOTO

18 Fevral 2021 12:28
Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis bölməsinə çağırılması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.

DİN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, vətəndaş Arif Hacılı və onunla birgə bir neçə şəxs karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunublar: "Arif Hacılı və ya digər şəxslər saxlanılmayıb, heç bir polis bölməsinə də dəvət olunmayıb. Həmin şəxslərin karantin rejimi qaydasını pozaraq maskadan istifadə etmədikləri məlum olub.

Araşdırma nəticəsində 11 nəfər barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin protokollar polis əməkdaşları tərəfindən evlərində vətəndaşlara təqdim edilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.