Hadisə

Şirvanda 2 bacı bıçaqlanıb

9 Fevral 2021 18:09
Baxış: 841
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şirvanda 2 bacı bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, əvvəllər məhkum olunan Şirvan sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehdi oğlu qonşuları - 1993-cü il təvəllüdlü Şəhla Qasımovanı və onun bacısı, 1994-cü il təvəllüdlü İlahə Qasımovanı bıçaqlayıb.

Hər iki bacı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisə zamanı daha iki nəfər əlindən yüngül bıçaq  xəsarətləri alıb.

Hadisəni törədən E.Nəzərov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.