Hadisə

Avtomobildən 3 kiloqramdan artıq heroin tapıldı

8 Yanvar 2021 15:39
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobildən 3 kiloqramdan artıq heroin tapıldı.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılmışdır.

İdarə etdiyi "Daewoo" markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.