Hadisə

Azərbaycanın Baş nevroloqu vəfat etdi

18 Dekabr 2020 16:47
Baxış: 3 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, professor Şərif Mahalov bu gün vəfat edib.

Azərbaycan Tibb Universitetindən Milli.Az-a verilən məlumata görə, Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə "Əməkdar həkim", 2009-cu ildə "Əməkdar Elm Xadimi" adlarına layiq görülüb.

ATU rəhbərliyi və kollektivi Şərif Mahalovun vəfatı ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.