Hadisə

Ötən gün evini tərk edən daha 33 aktiv COVİD-19 xəstəsi saxlanıldı

18 Dekabr 2020 16:29
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumatda bildirilir ki, infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 17-də respublikamızın ərazisində 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 29 nəfər evə qaytarılıb, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.