Hadisə

Goranboyda 110 yaşlı qadın koronavirusdan sağalıb - FOTO

16 Noyabr 2020 14:54
Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda koronavirusa (COVID-19) yoluxmuş 110 yaşlı qadın sağalıb.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, təxminən 10 gün əvvəl rayonun Bəşirli kənd sakini, 1910-cu il təvəllüdlü Ələkbərova Səmayə Nisbət qızı halsız vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal lazımi profilaktik tədbirlər görülüb. Tibbi müdaxilələrdən sonra qadının vəziyyəti yaxşılaşıb.

Baş həkimin sözlərinə görə, 110 yaşlı Səmayə Ələkbərova tam sağalıb və bu gün xəstəxanadan evə buraxılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.