Hadisə

Qurbanlıq heyvanlar satan şəxs saxlanıldı - FOTO

1 Avqust 2020 13:02
Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq, müəyyən edilmiş yerlərdən kənarda qurbanlıq heyvanların satışı və kəsiminin, eləcə də insanların sıx toplaşmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən reyd zamanı müəyyən edilməyən yerdə qurbanlıq diri heyvanların satışı və kəsimi ilə məşğul olan şəxs müəyyən edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini Sadiq Yusifova bir neçə dəfə xəbərdarlıq edilsə də, ancaq o, buna məhəl qoymayıb və qaydaları pozmaqda davam edib. Polisin qanuni tələbinə məhəl qoymayan S.Yusifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.