Hadisə

Oğuzda baş verən dəhşətli yanğının görüntüləri - VİDEO

22 İyun 2020 18:59
Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında Oğuz rayonunda mürəkkəb relyefli ərazidə yanğın başlayıb.

Milli.Az ARB-TV-yə istinadən bildirir ki, yanğın Oğuz rayonunun Xaçmaz, Filfilli və Abdal kəndlərini əhatə edən çay vadisi adlanan ərazidə baş verib.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın nəzarətə götürülüb. Sakinlərin sözlərinə görə, 4 ha yaxın sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Bununla belə, hava şəraitinin küləkli olması və ərazinin mürəkkəb relyefdə yerləşməsi səbəbindən tüstülənmələr baş verir. Hazırda ərazidə tədbirlər davam etdirilir. Kənd sakinləri yanğının ildırım düşməsi nəticəsində başladığını ehtimal edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.