Hadisə

ABŞ-da avtomobilində dünyasını dəyişən gəncin nəşi Bakıya gətirilib

8 May 2020 10:19
0 Şərh     Baxış: 1 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da avtomobilində dünyasını dəyişən azərbaycanlı gəncin nəşi Bakıya gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlunun nəşi ötən gün səhər saatlarında Bakıya gətirilib. Bu barədə ölən gəncin yaxınları bildiriblər. S.Hüseynov artıq torpağa tapşırılıb.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlu, yükdaşıma şirkətində çalışırdı. Şimali Karolina ştatı Vilminqton şəhərinin Nyu Hanover rayonunun polis departamenti tərəfindən istintaq əməliyyatları aparılır. Yerli hüquq-mühafizə orqanları tərəfindən verilən ilkin məlumata əsasən, hadisə avtomobildən çıxan işlənmiş qazların avtomobilin kabinasına sızması nəticəsində baş verib. Mərhum avtomobilinin arxa kabinasında yatdığı zaman boğulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.