Hadisə

Bakıda 15 yaşlı qız hamilə qaldı

2 May 2020 18:58
2 Şərh     Baxış: 2 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis Bakının Nərimanov rayonunda qeydə alınan erkən hamiləlik faktını araşdırır.

Milli.Az bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, hamiləliyin 9-cu ayında olan P.R. (2005-ci il təvəllüdlü) mayın 1-də xəstəxanaya daxil olub.

Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.

Ancaq qızın yetkinlik yaşına çatmamış olması cinayət işi üçün əsas yaradır, çünki cinsi əlaqə zamanı P.R 14 yaşında olub.

Hazırda yeniyetmənin hansı şəraitdə cinayət qurbanı olduğu müəyyənləşdirilir.

Qeyd edək ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qurmaq və məcburi evlənməyə görə cəza tədbirlərinin olmasına baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də geniş tətbiq olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.