Hadisə

Bakıda ağır yol qəzası - Ölən var

22 Mart 2020 09:15
0 Şərh     Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə yol nəqliyyat qəzası barədə məlumat daxil olub.

Məlumata əsasən hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.