Hadisə

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb

14 Mart 2020 18:34
0 Şərh     Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən xəbərə görə, Ağstafa  rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin evinə baxış keçirilən zaman oradan torbalarda qablaşdırılmış 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibirli avtomat silahına aid patronlar, üzərində "KOMAR 2M" yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.