Masallıda dəhşətli qətli törədən şəxs Bakıya gətirilir - TƏFƏRRÜAT - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:16
Masallı rayonunun Təzəkənd kəndində baş verən güllələnmə nəticəsində xəsarət alan 2 nəfər Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisəni törədən şəxsin vəziyyəti olduqca ağırdır: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burunu amputasiya olunub. Hazırda xəstəyə ilkin tibbi yardım göstərilir. Müəyyən tibbi yardım göstəriləndən sonra o Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nahiyəsindən qəlpəli yaraları var".
Xatırladaq ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.
Faktla bağlı cinayət işi başlanıb.
------
16:40
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün saat 14 radələrində rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib . S. Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M. Nəbiyev də hadisə yerində dünyasını dəyişib, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra S. Ağayev özünü də boğazından güllələyib.
Hadisə yerinə Masallı rayon hüquq mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S. Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci( iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.
--------
16:17
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Milli.Az Baku.ws-ə istinadən bildirir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.
Daha sonra əlindəki silahla özünə atəş açıb.
Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.
Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





