Masallıda dəhşətli qətli törədən şəxs Bakıya gətirilir - TƏFƏRRÜAT - YENİLƏNİB

26 Fevral 2020 17:16

17:16

Masallı rayonunun Təzəkənd kəndində baş verən güllələnmə nəticəsində xəsarət alan 2 nəfər Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisəni törədən şəxsin vəziyyəti olduqca ağırdır: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burunu amputasiya olunub. Hazırda xəstəyə ilkin tibbi yardım göstərilir. Müəyyən tibbi yardım göstəriləndən sonra o Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nahiyəsindən qəlpəli yaraları var".

Xatırladaq ki, bu gün günorta saatlarında Masallı rayonunun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızı, keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev və A.Nəbiyeva hadisə yerində dünyasını dəyişib, Z.Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Faktla bağlı cinayət işi başlanıb.

------

16:40

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün saat 14 radələrində rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib . S. Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M. Nəbiyev də hadisə yerində dünyasını dəyişib, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S. Ağayev özünü də boğazından güllələyib.

Hadisə yerinə Masallı rayon hüquq mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S. Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci( iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.

--------

16:17

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Baku.ws-ə istinadən bildirir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

Milli.Az