Hadisə

Qardaşı 52 yaşlı qadını döyərək xəstəxanalıq etdi

7 Fevral 2020 20:14
2 Şərh     Baxış: 3 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda qardaşı tərəfindən döyülən 52 yaşlı qadın xəstəxanalıq olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu gün axşam saatlarında Oğuz rayon Yemişənli kənd sakini 1968-ci il təvəllüdlü Gövhər İbad qızı Mirzəyeva Oğuz rayon Mərkəzi Xəstəxanasına döyülmə xəsarətləri ilə qəbul olunub.

Müayinə zamanı məlum olub ki, 52 yaşlı G.Mirzəyeva ailə münaqişəsi zəminində qardaşı tərəfindən döyülüb. Baş nahiyyəsindən ağır xəsarətlər alan qadın Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.