Hadisə

Göyçay toyunda kütləvi dava - Qıza nömrə verən ofisiant döyüldü - FOTO

25 Yanvar 2020 16:14
21 Şərh     Baxış: 8 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Space TV-də "Gəl dərdini danış" verilişində ötən gün maraqlı görüntülər yayımlanıb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən Pakizə xanım oğlu Orxanın çalışdığı Göyçay "Nar" restaranında 20 nəfər tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı ofisiant oğlunun toy zamanı qıza nömrə verməsi halları üzə çıxıb.

Pakizə xanım iddiaları rədd edərək oğlunun nömrə yox xına buketini masanın üstünə qoyduğunu bildirib. "Oğlum hansısa qıza nömrə verməyib, sadəcə xına buketini həmin masaya qoyub. Bunu görən toy sahibləri də oğlumu vəhşicəsinə döyüb", - Pakizə xanım bildirib.

Verilişə gələn İnstagram mesajlarında Orxanın, həqiqətən də, qıza nömrə verməsi təsdiqlənib. Məhz bu səbəbdən də toyda əlbəyxa dava düşüb.

Həmin anları sizə təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.