Hadisə

Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü

17 Yanvar 2020 19:02
0 Şərh     Baxış: 506

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini idarə etdiyi 99 JM 442 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobillə hərəkətdə olarkən Zərifə Əliyeva parkının qarşısında yolu keçən piyada, 1948-ci il təvəllüdlü Sədrəddinov Həsən Ələddin oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

H.Sədrəddinov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.